Azərbaycanlı tədqiqatçılar bitkilərdə xəstəlik törədən virusların monitorinqini aparıblar
12.07.2021 13:10

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova və Səmra Mirzəyeva, kiçik elmi işçi Nərgiz Bayramova, 1-ci kurs magistrantı Aytac Quliyeva Salyan rayonunun Yenikənd, Seyidli və Marışlı kəndlərində elmi ezamiyyətdə olublar.

 

Aztibb.az xəbər verir ki, bu barədə institutdan bildirilib.

 

Qeyd olunub ki, bununla yanaşı, Səmra Mirzəyeva və Nərgiz Bayramova Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrində, Göytəpə qəsəbəsində, Masallı və Şamaxı rayonlarının kəndlərində ekspedisiyalarda iştirak ediblər. Ekspedisiyaların məqsədi üzüm bitkisində yarpağın burulması xəstəliyini (Grapevine Leafroll Disease) törədən virusları, pomidorda ümumi virusları və digər tərəvəz və bostan bitkilərində Potyvirusları aşkar etmək olub. Pomidor bitkisində yarpaqların ayasının xırdalanması, nekroz və sarı ləkələr, həmçinin virusların transmissiyasında böyük rol oynayan ağqanadlı kəpənəklərlə örtülmüş yarpaqlardan nümunələr toplanılıb. Bostan bitkilərində sarı mozaika, nekroz ləkələr, yarpaqların çürüməsi kimi hallar müşahidə edilib. Viral infeksiyalar zamanı üzüm bitkisinin yarpaqlarında al-əlvan mozaika, yarpaq ayasının kiçilməsi, tənəyin boyunun qısalması kimi hallar müşahidə olunub.

 

Ekspedisiyalar zamanı pomidor, xiyar, yemiş, qarpız kimi tərəvəz və bostan bitkilərinin, həmçinin üzüm bitkisinin virus patogenezi zamanı simptomatik əlamətləri olan yarpaqlarından nümunələr götürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır