ATU-nun əməkdaşı dünyamiqyaslı patent alaraq Beynəlxalq İdeya Müəllifi siyahısına daxil olub
12.07.2021 10:50
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərovun aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu növbəti dəfə dünya səviyyəli patentə layiq görülüb. T.Ömərova məxsus Laparoskopikbariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası -“Aşırı piylənməsi olan xəstələrdə Bariatrik-Metabolik cərrahi müalicənin optimallaşdırılması” bu dəfə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WorldIntellectualPropertyOrganization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib.
Aztibb.az xəbər verir ki, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərinartıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. Azərbaycanlı cərrahın metoduna əsasən, laparoskopik üsulla bariatrik cərrahiyyə əməliyyatı zamanı mədənin boylama rezeksiyası digər standart metoddan fərqli olaraq, daha kiçik həcmli formalaşdırılır - mədə daxilinə yerləşdirilmiş 32 fr, yəni 11 mm diametrində kalibrasiya borusu ətrafında, pilortiksfinktordan maksimum 2 sm kənardan başlamaqla böyük əyrilik boyunca rezeksiya olunur. Bu zaman baş verə biləcək fəsadların qarşısını almaq üçün isəikinci xüsusi metod tətbiq edərək rezeksiya xəttinə mədənin böyük əyriliyindən diseksiya olunaraq ayrılmış mədə omentumu yenidən alt və üst seroz qatlardan keçməklə tikilməklə, həmin nahiyə gücləndirilir. Nəticədə isə anatomiya və fiziologiya qoruyucu yeni bir metod formalaşır. Pasiyentlər daha uzun müddət arıqlaya bilirlər və eyni zamanda arıqlama prosesi daha uzun illər boyunca qalıcı olur.
Digərbariatrikmetabolik cərrahi metodlarla müqayisədə yeni modifikasiyanın hər hansı bir əlavə təsirləri yoxdur. Doktor T.Ömərov qeyd edir ki, bu metod xüsusi standart göstərişlər əsasında tətbiq olunmalıdır. Bu metodun tətbiq olunması ilə ölkəmizdədə son illərdə çəkisi 170 kq-247 kq arasında olan onlarla pasiyent sahib olduqları çəkilərinin yarısından çoxunu itirərək daimi sağlamlıqlarına qovuşublar.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatıdır. Mərkəzi qərargahı Cenevrə şəhərində yerləşən bu qurum əqli mülkiyyət sahəsində ən önəmli beynəlxalq konvensiyaların idarəçiliyi ilə məşğuldur. Hazırda 193 ölkə WIPO-nun üzvüdür. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür.
Xatırladaq ki, indiyədək dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013-2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. 2017-ci ildə bu təşkilata ölkəmizdə belə bir metodun tətbiq olunması ilə başlı müraciət olunub və 1 il ərzində WIPO tərəfindən aparılan araşdırmalardan sonra 2018-ci ildə bu yeni modifikasiya təşkilatın mərkəzi olan Cenevrə ofisinin rəsmiləri tərəfindən qəbul olunub və adı çəkilən təşkilatın saytında dərc olunub.
Tanınmış cərrahın mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb. Ölkəmizdə ilk bariatrikmetabolik cərrahi əməliyyatları aparan cərrahlardan olan Tariyel Ömərov 2014-cü ildə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar dərnəyinin yaradıcılarındandır. Bu təşkilat rəsmi olaraq mərkəzi qərargahı Brüsseldə olan İFSO-ya (InternationalFederationfortheSurgery of Obesity and MetabolicDisorders) qəbul olunub. (https://www.ifso.com/ifso-member-societies/). Bir neçə ay öncə isə Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) Tariyel Ömərova Laparoskopikbariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

