Xəzər dənizi QUMUNUN FAYDALARI
12.07.2021 15:54

Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq qabiliyyətinə malikdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 

 

Həkimin sözlərinə görə, kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur: "Limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, özünün hiqroskopik xüsusiyyəti sayəsində bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur. Bu kimi xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapmaq mümkün deyil".

 

F.Hüseynov əlavə edib ki, Xəzər dənizinin qumunu islaq vəziyyətdə üzə, qollara, ayaqlara sürtmək həm dərinin canlanmasına, həm də hamarlanmasına, başqa sözlə təbii şəkildə pillinqə səbəb olur. Bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu isə yalnız Xəzər qumuna aid xüsusiyyətdir.

 

Həkim səhər saat 12-yə qədər, axşam saat 6-dan sonra dəniz qırağında gəzməyin faydalarından bəhs edib. Qeyd edib ki, dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır. Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Onun sözlərinə görə, Ələt və Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum sağlamlıq üçün daha faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev