Dişlərin saralmasının SƏBƏBLƏRİ
11.07.2021 23:46

Sarı rəngli dişlər kariesin və diş xəstəliklərinin xəbərçisi hesab edilir. Gün ərzində qəbul etdiyimiz qidaların tərkibində və ağzmızda olan bakteriyalar dişlərimizin saralmasına və diş daşlarının yığılmasına səbəb olur. Bu cür dişlər estetik görünüşü pozmaqla bərabər insanın özünü də narahatlığına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, dişlərdəki sarılıq ona düzgün qulluq etməməyə işarə edir. Özünün təmizliyinə fikir verən hər bir şəxs dişlərinin ağappaq olmasını arzulayır. Dişləri həkimə müraciət edərək ağartmaq mümkündür. Lakin bəzi təbii vasitələrlə də dişləri ev şəraitində özünüz ağarda bilərsiniz. Dişlərin rənginin saralması yalnız bakteriyalardan deyil, bəzi qidalardan da ola bilər. Bu qidalardan bir-neçəsi ilə sizi tanış edirik:

 

- Qırmızı və ya ağ şərab dişlərin saralmasına səbəb olan içkilərdəndir. Ümumiyyətlə, tərkibində alkohol olan bütün içkilər dişləri saraldır. Bunun baş verməməsi üçün şərab içdikdən sonra ağzınızı yaxalamalısınız.

 

- Çay dişlərin saralmasına səbəb olan amillərdən biri hesab edilir. Bunun olmaması üçün bitki çaylarından və ya yaşıl çaydan istifadə edilərsə, dişlərin saralması prosesi azalar.

 

- Kofe də dişləri saraldır .Sadə acı kofe əvəzinə südlü kofedən istifadə etsəniz dişlərinizin saralma təhlükəsi azalar.

 

- Balzamik sirkə tərkibli qidalar dişləri saraldan qidalar siyahısına daxildir. Sirkə qatılan salatlar və turşular dişləri saraldır.

 

- Sarıkök ədviyyatlar arasında ən çox dişləri saraldan ədviyyat hesab edilir.

 

- Pomidor suyu da dişləri saraldır. Bir çox çiyələk növləri, yemişan və böyürtkən dişlərin rənginin dəyişməsinə səbəb olur.

 

- Kolanın tərkibində olan qatı turşuluq dişləri saraldır və diş daşlarının əmələ gəlməsinə səbəb olur.

 

- Soya sousu ləzzətli və dadlı olmasına baxmayaraq dişlərin rəngini dəyişdirir. Çünki marketlərdə satılan soya souslarının əksəriyyəti süni yolla hazırlanır. Soya sousları tez bir zamanda dişlərin saralmasına səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev