Mərkəzi Klinikada qaraciyəri və bağırsaqları çöldə doğulmuş körpə uğurla əməliyyat olunub (FOTO)
09.07.2021 21:20
Qaraciyəri və bağırsaqları çöldə kisənin içərisində (omfalosel), qarnın ön divarı açıq, hamiləliyin 30-cu həftəsində 1500 qr çəkidə dünya göz açmış körpə Mərkəzi Klinikada uşaq cərrahı Fuad Hüseynovun rəhbərlik etdiyi tibbi heyət tərəfindən əməliyyat olunub. 
 
Aztibb.az xəbər verir ki, valideynləri ona uzun illərdən sonra sahib olsalar da, hələ hamiləliyin 4-cü ayından bu kimi ağır inkişaf qüsuru ilə doğulacağını bilirdilər.
 
Bu problemlə doğulan uşaqlarda əksər hallarda yanaşı olaraq çox ağır ürək və digər inkişaf qüsurlarına rast gəlinir. 
 
Bütün zəruri müayinələrdən sonra əlavə qüsura rast gəlinməyib və 1 günlük körpəyə cərrahi əməliyyat icra edilib. Əməliyyatla qaraciyər və bağırsaqlar qarın boşluğuna qaytarılaraq qarnın ön divarındakı defekt bərpa edilib.
 
Körpə əməliyyatdan sonrakı günlərdə Mərkəzi Klinikanın təcrübəli neonotoloqlarının dəstəyi ilə çətin günləri geridə qoyaraq evlərinə yola salınıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır