Hamiləliyin qarşısını alan həblər yumurtalıq xərçəngi riskini aşağı salır - Yeni TƏDQİQAT
08.07.2021 17:35

"American Journal of Obstetrics & Gynecology"də dərc edilmiş tədqiqata əsasən, oral kontraseptivlərdən istifadə BRCA mutasiyasının daşıyıcıları olan insanlarda yumurtalıqların xərçəngi riskinin azalmasına səbəb olur.


Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, Niderland İnstitutundan Lieske X. Şrayver və onun həmkarları oral kontraseptivlərdən istifadənin müxtəlif xarakteristikalarını və BRCA1 və BRCA2 mutasiyalarının daşıyıcıları olan 6 min insan arasında yumurtalıqların xərçəngi riskinin korrelyasiyasını tədqiq ediblər.

 

Tədqiqatçılar aşkar ediblər ki, yumurtalıqların xərçəngi diaqnozu qoyulmuş mutasiya daşıyıcıları sağlam daşıyıcılarla müqayisədə, oral kontraseptivlərdən daha az istifadə ediblər. Yumurtalıqların xərçəngi inkişaf edən BRCA1 və BRCA2 daşıyıcılarında oral kontraseptivlərdən istifadənin orta müddəti onlardan doqquz və səkkiz il istifadə edən sağlam daşıyıcılarla müqayisədə, 7 il təşkil edib.


Nəticələrə əsasən, hamiləliyin qarşısını alan həblərin daha uzun müddətli istifadəsi BRCA1 mutasiyalı insanlar üçün yumurtalıqların xərçəngi riskinin azalmasına səbəb olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev