Regionlarda Təcili Yardım Şöbələrinin monitorinqlərinə başlanılıb
07.07.2021 15:31

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən Təcili Yardım Şöbələrinin (TYŞ) struktur və fəaliyyətlərinin standartlara uyğunlaşdırılması məqsədi ilə regionlar üzrə monitorinqlərə başlanılıb.

 

AZtibb.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, ilkin olaraq TƏBİB-in aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Qusar, Quba, Şabran, Siyəzən, Xızı Rayon Mərkəzi Rayon Xəstəxanalarında yoxlamalar aparılıb. Eyni zamanda, müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirilmələr əsasında təcili tibbi xidmətin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

 

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb