Azərbaycanlı alim insult xəstələrinin müalicəsində İLKə imza atıb
07.07.2021 11:05

Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində istifadəsi nəzərdə tutulan yeni layihənin ilkin praktik sınaqları uğurla keçib.

 

Aztibb.az xəbər verir ki, layihənin ideya müəllifi Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevdir. Layihənin inkişafı üçün səy göstərən digər həmmüəllif həmyerlimizlə birgə çalışan tibb elmləri doktoru, almaniyalı alim Michael Schönfelddir.

 

İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir və bu, müalicə konseptində ciddi uğur hesab edilir.

 

Beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi prosesi yekunlaşmaq üzrədir.

 

Alman şirkətlərindən biri məhsulun istehsalını həyata keçirmək üçün N.Abdullayev və M.Schönfeldlə razılığa gəlib. Bu da layihənin tətbiqində önəmli detallardan sayılır.

 

Artıq alətin Avropada bütün insult mərkəzlərində istifadəsi üçün "CE" sertifikatlaşması prosesinə də başlanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır