Rusiya səhiyyə nazirinin iştirakıyla Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib
06.07.2021 15:42

Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzun buraxılışına həsr olunmuş tədbir keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, tədbirdə səhiyyə nazirinin birinci müavini Teymur Musayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil naziri Emin Əmrullayev, o cümlədən Azərbaycanda səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko iştirak edib.

 

Filial barədə məlumat verən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev daim Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiklərini bildirib. Rektor bu il universitetin ilk 87 məzununa diplomların təqdim ediləcəyini nəzərə çatdırıb.

 

Tədbirdə filialın tarixinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Filialda yüksək səviyyədə tədrisin təşkil edildiyini vurğulayan Rusiyanın səhiyyə naziri məzunları təbrik edib. O, bu filialın yaradılmasına görə Prezident İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib: “Məzunların demək olar ki, 20 faizinin qırmızı diplom alması məni sevindirir. Həkimlər insanların həyatını xilas edir”.

 

Daha sonra M.Muraşko filiala Rusiya Səhiyyə Nazirliyinin simvolunu təqlim edib.

 

Rusiya səhiyyə naziri məzunların bir qisminə diplom təqdim edib.

 

Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini Teymur Musayev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilir: “6 il keçib, 87 məzun var. Mən yüksək təhsil səviyyəsinə görə filialın professor-müəllim heyətinə təşəkkür edirəm. Əminəm ki, bu məzunlar səhiyyənin inkişafında mühüm rol oynayacaq. İki ölkə arasında dostluq münasibətlərinin böyük tarixi var”.

 

Təhsil naziri Emin Əmrullayev filialın ilk məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, koronavirus pandemiyası həyat şəraitimizi dəyişib: “Azərbaycan Prezident, Ali Baş Komandan Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edib. Bu isə ötən müddətdə ən önəmli hadisədir”.

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Bakı filialının məzunlarının ali təhsil pilləsini yüksək nəticələrlə başa vurduğunu deyib: “Bu gün siz tək bizim ölkəmizin deyil, dünyada tibb sahəsində lider universitetlərdən birinin diplomunu alırsınız. Pandemiya dövründə bir sıra çətinliklər üzə çıxıb, buna baxmayaraq, professorlarımız təyyarə ilə Azərbaycana gələrək məruzələr oxuyublar. Universitetimizin bir çox məşhur məzunları var. Fəxr edirik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bizim məzundur”.

 

Tədbir çıxışlarla və məzunlara diplomların təqdim edilməsi ilə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır