Ölkəmizdə yetişən dəmirtikan bitkisinin FAYDALARI
06.07.2021 15:13

Dəmirtikan (Tribulus) Azərbaycanda çox bitməsinə baxmayaraq az istifadə olunan, lakin olduqca faydalı bitkidir. Başqa bitkilərdə olmayan özəllikləri var. Dəmirtikanın tərkibində olan tribulus adlı maddə hipofiz vəzinin fəaliyyətinin pozulması nəticəsində səviyyəsi azalan testesteronun qanda miqdarını artırır. Maraqlıdır ki, bəzən hipofiz vəzində əmələ gələn şişin təsirindən qanda testesteron səviyyəsi arta da bilər, həmin halda da dəmirtikanın istifadəsi məsləhət görülür.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

 

Həkimin sözlərinə görə, tribulus maddəsi qaraciyər fermentlərinin aktivliyini artırır, qaraciyərdə piylənmənin qarşısını alır. Kişilərdə cinsi istəyi və cinsiyyət üzvünün sərtliyini artırır, prostat vəz hiperplaziyalarında vəzin ölçülərini kiçildir. 

"Tərkibində alkaloidlər çox olduğundan gündə yalnız 1 dəfə 1 çay qaşığı 1 stəkan suda dəmlənib içilməsi məsləhətdir. Artıq qəbulu zəhərlənmə verə bilər" - deyə fitoterapevt vurğulayıb. 

 

F.Hüseynov qeyd edib ki, çobançökdürən bitkisi isə qadınlarda uşaqlıq ölçülərini böyüdür. (Bəzi qadınlarda uşaqlıq normadan balaca olduğundan hamiləlik baş tutmur). Çobançökdürən qadınlarda həm də hormonal pozğunluqlar zamanı istifadə edilir. O, hamiləlik zamanı baş verən düşüklərin qarşısını almaq üçün istifadə oluna bilər.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib