Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair yenilənmiş saziş imzalanıb  
06.07.2021 14:54

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun Azərbaycana səfəri çərçivəsində iyulun 6-da ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında yenilənmiş saziş imzalanıb.

 

Aztibb.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Rusiyanın səhiyyə naziri Mixail Muraşko imzalayıblar.

 

Tədbirdə çıxış edən Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın uğurlu olmasını vurğulayaraq Rusiya tərəfinin pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasına qarşı testlər və “Sputnik V” vaksini verilməsinə görə minnətdarlığını bildirib.

 

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko da iki ölkənin səhiyyə sahəsində uğurlu qarşılıqlı fəaliyyətini qeyd edib.

 

Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır