Göz üçün faydalı QİDALAR
06.07.2021 12:37

Gözləri qorumaq üçün həm gigiyenik qaydalara, həm də qida rasionuna riayət etmək lazımdır. Orqanizmin sağlamlığı həm də düzgün qidalanmadan asılıdır. Görmə qabiliyyətinə müsbət təsir edən əsasən antioksidantlar, C vitamini, Omeqa-3-lə zəngin olan qidalardır.

 

Aztibb.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova AZERTAC-a deyib: “Həftədə bir dəfə dəniz məhsulları və balıq yemək tövsiyə olunur. Cevizlərin tərkibində Omeqa-3 çoxluq təşkil edir. Gündə beş-altı ədəd qoz, fındıq, badam, püstə yemək də göz sağlamlığı üçün çox faydalıdır. Çiy və ya yüngül bişmiş halda kök, beta-karotinlə zəngin olan qarğıdalı kimi məhsullar da gözün qidalanmasında mühüm rol oynayır. Çoxlu su içmək və gigiyena qaydalarına əməl edilməsi də vacib məsələdir”.

 

Göz xəstəliyindən əziyyət çəkənlər də qida rejiminə diqqət yetirməlidirlər: “Hər hansı göz xəstəliyi varsa, qida əlavəsi deyilən vitamin kompleksi qəbul olunmalıdır. Məsələn, yaşla əlaqədar olaraq distrofiyanın müalicəsində lütein çatışmazlığı olur və bu zaman lütein tərkibli preparatlar təyin olunur”,- deyə həkim-oftalmoloq bildirib.

 

Qeyri-sağlam qidalanma gözlərin fəaliyyətinə mənfi təsir edir. Ona görə də hər zaman faydalı ərzaqlara üstünlük vermək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev