Ağ saçları necə yox etmək olar? – TƏBİİ ÜSULLAR
06.07.2021 10:21

Saçların erkən ağarmasının səbəbi güclü nevroloji vəziyyətlərdir. Belə ki, stress zamanı saçın zülal strukturu ilə rabitəsini pozan böyük miqdarda adrenalin daxil olur. Nəticədə piqment neytrallaşır və ya silinir. Saçlarınızın ağarmasının qarşısını alan və hətta yanmış saçlarınızı bərpa edə biləcək bir çox təbii qulluq üsulu var.

 

Aztibb.az-ın xarici KİV-ə istinadən saçlarınızın qayğısına qalmaq və ağ saçları aradan qaldırmaq üçün aşağıdakı təbii üsulları sizə təqdim edir.

 

Yaşıl çay

 

Saç baxımı üçün ən effektiv təbii vasitə yaşıl çaydır. Günəş işığının və hava kirliliyinin saçlarda yaratdığı fəsadları aradan qaldırmaq üçün çox əlverişlidir. Bununla yanaşı, ağarmış saçların da qarşısını alır.

 

Gənəgərçək yağı

 

Gənəgərçək yağından maskalar etmək, gənəgərçəkdən hazırlanmış losyonları saçların dibinə sürtmək və s. saçların ağarmasını ləngidən vasitələrdən biridir.
Saç üçün maska: 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə masaj hərəkətləri ilə sürtülür.

 

Badam yağı

 

Badam yağı saçlarınızın gənc görünməsini təmin edən E və A vitaminləri ilə zəngindir. Duşdan sonra mütəmadi olaraq az miqdarda bu yağı saçların dibinə yeridilməsi saçların effektivliyini, həcmini bərpa edə bilər. Həmçinin ağarmış saçların da qarşısını ala bilər.

 

Bunu da qeyd etmək lazımdır ki, əgər siz erkən saç ağarması problemi ilə qarşılaşmısınızsa, məyus olmayın. Ağarmış saçlar insana zənginlik və ciddilik obrazı verməklə individuallığı daha da qabardır. Təsadüfü deyil ki, bir çox stilistlər öz cavan modellərinin saç düzümlərinə süni ağ saçları qəsdən əlavə edirlər. Baxımlı, erkən ağarmış saçlar da cəlbedici, daha dəbli görünə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev