Kökəlməyə səbəb olan 10 VƏRDİŞ
06.07.2021 09:28

Kökəlmə yalnız qəbul etdiyimiz qidalardan asılı olmur.  Mütəxəssislər orqanizmdə artıq piylərin yığılmasına və azalmamasına səbəb olan 10 vərdişi qeyd edirlər.

 

Aztibb.az həmin vərdişləri təqdim edir:

 

- Çox yatan zaman orqanizmdə kortizol hormonu çox ifraz olunur. Bu da yuxudan durduqda yeməyə olan iştahı artırır. Kökəlmək istəmirsinizsə o zaman gün ərzində 7-9 saatdan artıq yatmayın.

 

- Səhər yuxudan durarkən ilk işimiz pəncərəni açmaq və gün şüalarının otağa daxil olmasına şərait yaratmaq olur. Günəş doğarkən 20-30 dəqiqə gün şüası qəbul eləmək orqanizmin çəki indeksinin normallaşmasına səbəb olur. Belə ki, günəş çıxan zaman gün şüaları qəbul eləmək maddələr mübadiləsini sürətləndirir.

 

- Mütəxəssislər uzun müddət çəkisini ölçməyən adamların kökəlməyə meyilli olduqlarını söyləyirlər. Onların fikrincə, hər gün çəkini yoxlayan adamlar çəkilərinin azaldığını gördükdə müsbət motivasiya olunurlar və arıqlamağa meyilli olurlar.

 

- Səhər və günorta yeməyini yaxşı yemək və axşam yeməyini azaltmaq çəkinin azalmasına səbəb olur. Hətta bəzi mütəxəssislər səhər yeməyi zaman kalorili qida qəbul etməyə üstünlük verməyin kökəlməmək üçün faydalı olduğunu qeyd edirlər.

 

- Kökəlməmək üçün boşqabınıza qoyulan qidaların hamısını qəbul etməyin.  

 

- Uzun müddət divan və kresloda oturmaq insanın kökəlməsinə səbəb ola bilər. 

 

- Qazlı su içməyə olan meyillilik insanı kökəldir. Onun tərklibində kalori və belə sulara asılılıq yaradan maddələr olur. Bu maddələr də insanı kökəldir.

 

- Yuxunun normallaşdırılması kökəlmənin qarşısını alan amillərdən biridir. Nə qədər yorğun olmağınızdan asılı olmayaraq çalışın saat 22.00-dan tez yatağa girməyin.

 

- İşıq olan otaqda yatmayın. Gecə lampası, televizor və ya kompüter işığı altında yatmaq nəinki sinir sisteminə, hətta piy toxumalarına mənfi təsir edir.

 

- Gecə yatarkən səhərə qədər mətbəxə girməməyə söz verin və sözünüzə əməl edin. Bu vərdiş sizi kökəlməkdən qoruyacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev