“Həkimə qədər ilk tibbi yardım" adlı kitab çap olunub
05.07.2021 10:23
Ailə Tibb Ensiklopediyası tərəfindən  “Həkimə qədər ilk tibbi yardım" kitabı çap olunub. Yeni nəşrdə insan sağlamlığını qoruya biləcək ən vacib və faydalı məlumatlar yer alıb.
 
Hər bir insanın həyatında zəhərlənmə, travma, qəza, yanıqlar, ürək tutması, günvurma, bayılma, təzyiqin qalxması, enməsi və s. fövqəladə vəziyyətlər yaşana bilər.
 
Belə vəziyyətlərdə insanın biliyi və səriştəsi onun özünü və ətrafdakılarını ciddi fəsadlardan və hətta ölümdən xilas edə bilər.
 
Kitabda istənilən fövqəladə vəziyyətlərdə həkimə qədər yardımın əsas qaydaları izah olunur. Bunlar aşağıdakılardır:
 
- yaralanma;
- xarici və daxili qanaxma;
- sınıq, dartınma, zədə;
- müxtəlif ağrılar (baş, bel, oynaq və s.);
- yanıqlar;
- zəhərlənmə (qazdan, kimyəvi maddələrdən, qidadan və s.);
- it qapması, ilan sancması;
- yüksək hərarət;
- qıcolma;
- bayılma (özündən getmə);
- suda boğulma;
- cərəyanvurma;
- gün və istivurmalar;
- ürək tutması, insult, infarkt;
- təzyiqin kəskin qalxması və düşməsi;
- ürəyin və tənəffüsün dayanması, şok və s.
 
Qeyd edək ki, kitabdakı məlumatlar bir neçə etibarlı elmi mənbədən toplanıb və peşəkar həkimlər tərəfindən tərcümə edilib.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev