Kandida xəstəliyi – Kandidemiya
04.07.2021 12:16

“Candida Albicans” maya göbələyi insanlarda ən çox rast gəlinən göbələk infeksiyası növüdür. Bu göbələyin mədə-bağırsaq və sidik-cinsiyyət sistemlərinin normal florasını təşkil etməsinə baxmayaraq, ekoloji mühitdə tarazlıq pozulduqda həmin orqanizmlər xəstəlik törətməyə meyilli olur. Göbələk, bədəndə artmağa başlayanda kandida xəstəliyinə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, son illərin gizli yayılan xəstəlikləri siyahısında olan kandidoz əsasən dəri, selikli qişa və daxili orqanları zədələyən göbələk xəstəliyidir.

 

Tibbdə tənəffüs, həzm və sidik-cinsiyyət sisteminin kandidozları məlumdur. Kandidoz immunitetin kəskin zəifləməsi nəticəsində inkişaf edə bilir və vaxtında müalicə olunmazsa, xroniki residivləşən formaya keçir.

 

Orofarinqeal kandidoz körpələrdə çox tez-tez rast gəlinən yerli infeksiyadır. Yaşlı insanlarda isə orofarinqeal kandidoz daha çox protez dişləri olanlarda rast gəlinir. Bununla yanaşı orofarinqeal kandidoz antibiotiklərlə müalicə alan, kimya terapiyası və ya baş və boyuna şüa terapiyası alan, habelə hüceyrə-əsaslı immunitetin çatışmazlığı olan xəstələrdə rast gəlinir.

 

Bu zaman yanaqların selikli qişası, damaq, dil və udlağın ağız boşluğu hissəsində ağ düyünlər, protezli dişlərin altında isə ağ düyünsüz yaralar müəyyən edilir. Əsas simptomlarına ağızda dad hissiyatının itməsi və bəzən də yemək qəbulu və udma zamanı ağrı hissidir.

 

Kişilərdə sidik-cinsiyyət sisteminin kandidozu cinsi üzvün iltihabı ilə özünü büruzə verir. Qadınlarda isə xarici cinsiyyət orqanları və uşaqlıq yolu zədələnir.

 

Kandidemiya Kandida göbələyinin qan dövranına daxil olduqda və digər orqanlara yayıldıqda ortaya çıxardığı ciddi bir xəstəlikdir. 

 

İmmun sistemi zəifləmiş insanlarda və reanimasiyada müalicə alan xəstələrdə kandidemiya riski yüksəkdir. Kandidemiyanın klinik təzahürü xəstələrdə üşütmə və yüksək hərarətin müşahidə edilməsidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev