Kondisionerin havalandırma sisteminin vaxtında təmizlənməməsi xəstələliklərə səbəb olur - Həkim-terapevt
04.07.2021 09:49

Yayın qızmar istisində sərinləmək üçün kondisioner əvəzedilməz vasitədir. Lakin bu məişət texnikasının zərərli tərəfləri də var. Belə ki, kondisioner istifadəsi angina, tənəffüs sistemi və gözlərin xroniki xəstəliklərinin, həmçinin allergiyanın yaranmasına səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmovun dediyinə görə, xroniki xəstəlikləri olanların kondisionerdən davamlı istifadə etməsi məsləhət deyil, çünki birdən-birə temperatur dəyişkənliyi bəzi infeksion xəstəlikləri artırır: “Otaqda kondisioner işləməsi ağciyərlərdə pnevmoniyası, bronxlarında iltihab olanlarda öskürəyin təkrar artmasına və yaxud allergik reaksiyanın baş qaldırmasına səbəb ola bilər. Hər hansı xroniki infeksiyası, öskürəyi, burun tənəffüsü problemi olanlar kondisionerdən nə qədər çox istifadə etsələr, o qədər də narahatlıq hiss edəcəklər. Kondisionerdən istifadə zamanı açıq havaya çıxmaq da yaxşı olar”.

 

Kondisionerdən istifadə ürək-damar sistemi xəstəlikləri olanlarda da bir sıra problemlər yaradır. Həmin xəstələrin olduğu mühitdə temperatur 24 dərəcədən aşağı olmamalıdır.

 

Həkim-terapevt deyib: “Temperaturun kəskin dəyişməsi, məsələn, soyuq yerdən isti yerə və yaxud əksinə, isti yerdən soyuq yerə daxil olanda kardioloji xəstələrdə ürək-damar xəstəliyi riski artır, xroniki xəstəliklər kəskin mərhələyə keçir. Onlarda təzyiq oynamaları, infarkt və digər ürək xəstəliklərinin yaranma riski artır. Çünki hava şəraitinin kəskin dəyişməsi zamanı su-duz mübadiləsinin pozulması yaranır”.

 

Cihazdan düzgün istifadə edilməməsi, dezinfeksiya olunmaması, havalandırma sisteminin vaxtında təmizlənməməsi də xəstələnməyə şərait yaradır. Bundan başqa vaxtaşırı otağın havası dəyişdirilməlidir. Çalışmaq lazımdır ki, körpə olan otağa kondisioner yerləşdirilməsin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev