Talassemiyalı xəstələrin xüsusi dərman preparatları ilə təminatı 2-3 dəfə artıb
04.07.2021 09:44

Talassemiya xəstələrinin ən böyük problemi mütəmadi qan transfuziyası (qan köçürülməsi) ilə əlaqədar orqanizmlərində qanın toplanmasıdır. Nəticədə, qan daha çox ürək və qaraciyərdə toplanaraq zərər törədir. Belə xəstələrin müalicəsi zamanı xelator (dəmirtəmizləmə) preparatlarından istifadə olunur. Əgər ölkədə 10 il əvvəl xelator preparatının illik təminatı 10-15 min civarında idisə, bu gün 25-30 min, hətta 40 minə yaxınlaşır.

 

Aztibb.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

 

Mərkəz direktoru bildirib ki, talassemiyalı xəstələrin beynəlxalq protokola əsasən müalicəsinə başlanılıb: “Pasiyentlərin davamlı qanköçürmə nəticəsində bədəndə yığılan izafi dəmiri orqanizmindən çıxaran xüsusi dərmanlar – xelatorlarla təminatı 2-3 dəfə artıb. Buna baxmayaraq, problem hələ də aktual olaraq qalır. Orqanizmində ferritin (toplanmış dəmir) səviyyəsi yüksək olan pasiyentlərin xelatorlarla təminatından savayı, onların müayinəsini də ödənişsiz təşkil etmək istəyirik.

 

Digər problem isə bölgələrdəki talassemiyalı xəstələrlə bağlıdır. Lakin icbari tibbi sığortanın tətbiqindən sonra regionlarda vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. Yaxın gələcəkdə problemlərin həll olacağını hesab edirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır