Rinoplastika əməliyyatında pasiyentin dərisinin rəngi və qalınlığı mühüm rol oynayır
03.07.2021 18:51

Dünyada, eləcə də Azərbaycanda rinoplastikaya (burun estetik əməliyyatı) tələbat artıb. Rinoplastika burnun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsidir. Rinoplastika üçün pasiyentlər ilk öncə müayinədən keçərək onların bu əməliyyata uyğun olub-olmadıqları müəyyən edilir.

 

Aztibb.az xəbər verir ki, burnun estetik əməliyyatı barədə estetik, plastik və rekonstruktiv cərrahiyyə mütəxəssisi Sami Samin məlumat verib.

 

Həkim-mütəxəssis bildirib ki, burun estetik əməliyyatı 16 yaşını tamamlamış qızlar və 17 yaşdan yuxarı oğlanlar üçün uyğundur: “Burnun 22 yaşa qədər inkişaf etdiyi doğrudur, lakin 16-17 yaşlarda inkişafın 90 faizi tamamlanmış olduğu üçün rinoplastika əməliyyatını icra etmək mümkündür. Rinoplastika üçün ən uyğun burunlar normal qalınlıqda dərisi olan burunlardır. İncə və qalın dərili burunlarda isə daha yaxşı nəticə əldə etmək üçün xüsusi manevrlər etməyə ehtiyac var. Ümumiyyətlə rinoplastika zamanı xəstənin dərisinin rəngi və qalınlığı, ümumi üz quruluşu mühüm rol oynayır. Pasiyentlərin fotolarına “Fotoşop” vasitəsilə baxıb planlama edirik. Nəticədə, üz quruluşunun horizontal və vertikal olmaqla bütün estetik cizgilərinə əsasən, burnunun hansı hissəsinin böyük və ya kiçik olduğunu müəyyən edirik”.

 

Sami Samin, həmçinin nazik burunların əməliyyatla genişləndirilməsi barədə də danışıb: “Rinoplastika etdirmək yalnız burnu kiçiltmək deyil. Bəzi pasiyentlərin estetik cizgilərinə nəzər yetirdikdən sonra aydın olur ki, onun burnunu genişlətmək lazımdır. Azərbaycanda burun genişlətmə əməliyyatına çox az hallarda ehtiyac olur. Təxminən hər 30 əməliyyatdan yalnız biri burun genişlətməsi ilə bağlıdır. Onların əksəriyyəti də ikinci dəfə rinoplastikaya müraciət edənlərdir. Belə ki, birinci uğursuz əməliyyat nəticəsində burnu çox nazikləşən pasiyentlər burun genişlətmə əməliyyatına girməyə məcbur olurlar. Qeyd edim ki, həddən artıq nazikləşdirilmiş, həmçinin burun dəliklərinin aşkar göründüyü burunları uğursuz əməliyyatın nəticəsi kimi qiymətləndirmək olar”.

 

Həkim-mütəxəssis deyib ki, vətəndaşlar bir çox hallarda hesab edirlər ki, qapalı rinoplastika daha yeni üsuldur.

 

“Rinoplastikanın açıq və qapalı olması üzrə iki yerə ayrılması son dövrlər pasiyentləri çaşdırır. Qeyd etmək istərdim ki, rinoplastikanın qapalı formada keçirilməsi daha təhlükəsiz və tibb aləmində yeni üsul deyil. Çünki müasir rinoplastika 1917-1918-ci illərdə ilk dəfə tətbiq edildikdə elə qapalı üsulla həyata keçirilib”, - deyə S.Samin fikrini tamamlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev