Qalxanvari vəzin cərrahiyyəsində əvəzolunmaz cihaz - “Neyro monitorinq”
03.07.2021 11:37
Tədris Cərrahiyyə Klinikasında “Neyro monitorinq”in vasitəsilə tam təhlükəsiz əməliyyatlar həyata keçirilir.
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müasir texnologiyalara əsaslanan cihazlardan geniş istifadə olunur. Onlardan biri də qalxanvari vəzin əməliyyatı üçün nəzərdə tutulmuş “Neyro monitorinq” cihazıdır.
Bu cihazın əhəmiyyəti barədə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının assistenti, cərrah-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov məlumat verib:
“Bildiyimiz kimi, qalxanvari vəzin arxasında qaydanqırtlaq sümüyü yerləşir. Bu sümük bizim səs tellərimizi inervasiya edir. Cərrahi əməliyyat zamanı səs tellərimizi qorumaq üçün bütün dünyada bu cihazdan istifadə edilir.
Ölkəmizdə isə Tədris Cərrahiyyə Klinikası fəaliyyətə başladığı gündən “Neyro monitorinq” cihazı xəsələrimiz üzərində tətbiq olunur. Qeyd etdiyim kimi, bu cihazın ən ən böyük əhəmiyyəti ondan ibarətdir ki, əsəb sinirinin tamlığını qoruyub saxlayır. Əməliyyat zamanı sinir bu cihaz vasitəsilə müəyyən edilir və əməliyyat daha təhlükəsiz şəraitdə icra olunur. Həm əməliyyatdan öncə, həm də əməliyyatdan sonra xəstədə hər hansı mənfi dəyişiklik olmur. Qaydanqırtlaq sümüyünün müəyyən edilməsində bizə kömək etməklə yanaşı, bu cihazın başqa faydası da var. Belə ki, əməliyyat zamanı hər hansı sinirə toxunma baş verərsə və yaxud sinir bağlanarsa, onun vasitəsilə həmin yer müəyyən edilir və biz rahat şəkildə o hissəni, daha doğrusu, sapla bağlanmış düyünü tapıb açırıq və sinirin keçiriciliyini yoxlayırıq. Əgər sinirin keçiriciliyində heç bir problem yoxdursa, əməliyyat uğurla tamamlanmış hesab olunur. Beləliklə, bu cihazın üstün cəhəti xəstələrin təhlükəsizliyinə zəmanət verməklə aparılan cərrahi əməliyyatın uğurla həyata keçirilməsinə imkan yaratmasıdır”.
A.Hümmətovun sözlərinə görə, son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də qalxanvari vəz xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb: “Belə əməliyyatları daha təhlükəsiz şəraitdə, yəni siniri qorumaq şərti ilə həyata keçirmək üçün tərəfimizdən “Neyro monitorinq” cihazı tətbiq olunur. Əməliyyat zamanı cərrahı stresdən azad edən bu cihaz qalxanvari vəzin cərrahiyyəsində çox yüksək texniki imkanlara malikdir”.
Həkim sonda qeyd etdi ki, elə bu gün də “Neyro monitorinq” cihazının vasitəsilə növbəti xəstə üzərində tam təhlükəsiz və rahat şəkildə qalxanvari vəzin cərrahi əməliyyatı uğurla həyata keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

