Bağırsaq xəstəliyi olan balantidiazın əsas ƏLAMƏTLƏRİ
04.07.2021 10:21

Balantidiaz – kirpikli infuzorlar-balantidalar tərəfindən törədilən protozoy etiologiyalı bağırsaq xəstəliyidir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, xəstəliyin klinikası yoğun bağırsağın iltihabi-xoralı prosesləri nəticəsində qarında ağrı, tenezmlər, tez-tez irinli və qanlı, mayeşəkilli nəcis, arıqlama, intoksikasiya sindromları ilə xarakterizə olunur. “Balantidiaz” diaqnozunun qoyulması üçün kliniko-epidemioloji məlumatlar, rektoromanoskopiyanın nəticələri, nəcisdə və yaxmada balantidilərin aşkarlanması mühüm əhəmiyyət daşıyır.

 

Balantidiaz (infuzor dizenteriya) xoralı-hemorragik kolit və ümumi intoksikasiya ilə gedən zoonoz protozoy infeksiyadır. Xəstəliyin partlayışları daha çox cənub rayonlarında meydana çıxır. Bununla yanaşı, donuz təsərrüfatı inkişaf edən ərazilərdə infeksiyanın sporadik klinik halları qeyd olunur. Balantidiaz ağır gedişi ilə xarakterizə olunur. Müalicəyə gec başlanarsa, bağırsaq ağırlaşmaları, kaxeksiya, sepsisin prosesə qoşulması ilə əlaqədar olaraq yüksək letallığa malik olur. Patologiyanın yayılması tibb mütəxəssisləri tərəfindən bu patologiyaya qarşı ayıqlığın olmaması, əhalinin sanitar mədəniyyətinin aşağı səviyyəsi, kənd əhalisinə yüksək invazivliklə (4-5%) bağlıdır.

 

Yoluxmadan balantidiazın manifestasiyasınadək 1-3 həftə keçir. Klinik təzahürlərin ifadəliliyinə görə balantidiazın simptomsuz (subklinik) və manifest forması, xəstəliyin gedişatına görə kəskin, xroniki və residivləşən, gedişinin ağırlığına görə isə yüngül, orta-ağır və ağır formaları ayırd edilir.

 

Bu gün balantidiazın müalicəsinin spesifik metodlarının tətbiqi pasientin sağalmasına səbəb olur. Müalicəyə gec başlandıqda və ya o, qeyri-adekvat olduqda letallıq 10-12%-ə yüksələ bilər.  Balantidiazın profilaktikası fərdi təhlükəsizlik tədbirlərinə (şəxsi gigiyenaya əməl etmək, suyu qaynatmaq, meyvə və tərəvəzləri yumaq və s.) riayət, həmçinin ətraf mühitin nəcislə çirklənmədən (su hövzələrinin qorunması, donuzlar saxlanan yerlərdə zoogigiyena şəraitinin yaxşılaşdırılması, gübrələrin zərərsizləşdirilməsi və s.) qorunmasından ibarətdir. Balantidiazın spesifik profilaktikası işlənib hazırlanmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev