Alüminium falqadakı toksik maddələr orqanizmə keçir - Diqqət!
03.07.2021 11:04

Mətbəxdə bir sıra yemək və qidaların hazırlanmasında istifadə olunan əşyalardan biri də alüminium falqadır. Lakin təəssüf ki, onun zərərləri haqında çox vaxt xəbərsiz oluruq.

 

Həkim-diyetoloq Ləman Süleymanovanın sözlərinə görə, sağlamlıq baxımından mətbəxdə alüminium falqadan istifadə olunması tövsiyə olunmur. Lakin bəzi hallarda hazırlanan qidadan az miqdarda istifadə olunacaqsa və turşuluq dərəcəsi azdırsa, qısa müddət ərzində ondan saxlanılma üçün istifadə etmək olar. Ət, balıq və s. kimi qidalar yüksək temperaturda bişiriləcəksə, yaxud həmin qidaların üzərinə limon sıxılaraq bişiriləcəksə, alüminium falqanın daha zərərli təsiri ola bilər, çünki alüminiumun tərkibindəki toksik maddələr birbaşa qida ilə reaksiyaya girməyə səbəb olduğundan onlar daha sonra orqanizmə keçir:

 

"Uzun müddət falqadan istifadə olunması da müalicəsiz xəstəliklərə səbəb ola bilir. Mərkəzi beyin sisteminin pozulması, Alsheymer və ən təhlükəlisi, ağciyərin sərtləşməsi xəstəliklərinə aparıb çıxarır. Daha yaxşı olar ki, alüminium falqanın əvəzinə yağlı kağızlardan istifadə olunsun.

 

Mütəxəssislər isə mətbəxdə alüminium tərkibli qazan və qablardan uzaq olmağı tövsiyə edirlər. Ona görə də ağız dadını sağlamlığa qurban vermədən zərərli əşyalardan istifadə etməmək məsləhətdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev