Düzgün istehsal edilməyən dondurmanın FƏSADLARI
03.07.2021 09:29

Yay fəslinin əvəzedilməz qidalarından biri olan dondurma isti havalarda orqanizmə sərinlik verir, tərkibindəki vitamin, mineral və karbohidratlar əhval-ruhiyyəni yüksəldir. Hətta soyuq havalı günlərdə də onu yeyənlərlə yanaşı, heç dadına baxmayanlar da var. Səbəb isə dondurmanın müəyyən xəstəliklər yarada bilməyi düşüncəsidir.

 

Aztibb.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasovun AZƏRTAC-a verdiyi məlumata görə, bu desertin fəsadları ilə qarşılaşmamaq üçün ilk növbədə onun tərkibinə fikir vermək lazımdır: “Süd məhsullarının tərkibində mikroorqanizmlər yaşayaraq artıb çoxala bilir. Düzgün istehsal olunmayan dondurma mikroblarla zənginləşərək xəstəliyə səbəb ola bilər. Düzgün istehsal edilən dondurma isə xəstəliyə səbəb olmur. Dondurmanın tərkibində olan mikroorqanizmlər və onun soyuq olması xəstəlik yaranması üçün müəyyən şərait yarada bilər. Əgər dondurma acqarına yeyilərsə və ya fasiləsiz qəbul edilərsə, iltihab törətməsi mümkündür”.

 

Dondurma boğaz, mədə və qarın ağrılarına səbəb ola bilər. Ona görə də gün ərzində müəyyən miqdarda qəbul edilməli və xırda udumlarla yeyilməlidir. İlıq su içməklə boğaz ağrısının qarşısını almaq mümkündür. Məhsulun düzgün saxlanılma qaydası da çox mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev