İcbari tibbi sığorta çərçivəsində 2800-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulur
03.07.2021 09:26

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.

 

Aztibb.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, dəyişikliyə əsasən, icbari tibbi sığorta çərçivəsində 2800-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

 

Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasında oftalmoloji əməliyyatlar olan göz qapaqlarının bitişmiş kənarlarının ayrılması (blefarorafiyanın ayrılması), göz qapağının çevrilməsinin və bükülməsinin korreksiyası (entropion və ya ektropionun bərpası), göz qapağının rekonstruksiyası, göz yaşı yollarının açılması, çəpgözlük əməliyyatı və s. nümunə göstərə bilərik.

 

Travmatoloji əməliyyatlar sırasına əlavə olunan xidmətlərə sınıqlar zamanı müxtəlif sümüklərin açıq və qapalı reduksiyaları, osteosintez və artrodez əməliyyatları, oynaqların protezləşdirilməsi və s. daxildir.

 

Ürək-damar cərrahiyyəsinə əlavə olunan xidmətlərə kardiostimulyatorun implantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, aterosklerotik plakların çıxarılması (endarterektomiya), damarların varikoz genişlənməsinin cərrahi müalicəsi və s. tibbi xidmətlər aid edilib.

 

Qeyd edək ki, hər il agentlik vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir.

 

Xatırladaq ki, hazırda “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir. Sığortaolunan tibbi göstərişi olan hallarda Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır