Modul tipli xəstəxana istifadəyə verilib - NAXÇIVANDA
03.07.2021 09:06

iyulun 2-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilib.


Aztibb.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə tanış olub.


Məlumat verilib ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarətdir. Əsas korpuslarda 83 palata, reanimasiya bölməsi, 16 yerlik yeməkxana, camaşırxana, inzibati və digər yardımçı otaqlar yerləşir.


Xəstəxana digital rentgen-stasionar, ultrasəslə müayinə cihazı-stasionar rəngli dopler, EKQ-portativ, 2 neqatoskop, 2 stasionar və portativ süni tənəffüs aparatı, 5 kardiomonitor, kapnoqraf, 10 infuzomat,10 inyeksiyamat, 10 pulsoksimetr, 4 elektrosorucu-stasionar, 30 tibbi ştativ, qan qazı analizatoru və digər zəruri tibbi avadanlıqlarla təchiz olunub. Yardımçı binalarda konteyner tipli mobil oksigen generasiya sistemi, oksigen balonları üçün anbar, bakterioloji filtrli hava qurğusu və qazanxana quraşdırılıb.
Kompleks mərkəzləşdirilmiş havalandırma və istilik sistemi ilə təchiz olunub.


Ali Məclisin Sədri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar verib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib