İnvaziv kardioloq: "Vaksinasiyadan yayınanlar həyatlarını təhlükəyə atırlar" 
02.07.2021 14:12
“COVID-19 xəstəliyinin ağır fəsadlaşmalara səbəb olduğunu nəzərə alaraq, pandemiya zamanı karantin qaydalarına ciddi riayət etmək, peyvənd olunmaq və COVID-19 xəstəliyi keçirmiş insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir”.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayevin bu mövzuda “Azərbaycan” qəzetində məqaləsi dərc olunub.
 
Məqalədə bildirilir ki, insanları qorxudan, bəşəriyyəti təhlükə ilə üz-üzə qoyan COVID-19 xəstəliyinə yoluxanların sayı dünyada, o cümlədən də ölkəmizdə azalmaqdadır. Son günlərin statistik göstəricilərinə baxdıqda istər-istəməz arxada qalan təlaşlı, vahiməli günləri xatırlayır, bir az da ciddi şəkildə virusdan qorunmağa çalışırıq. COVID-19 pandemiyası bəşəriyyəti yalnız ölüm təhlükəsi ilə hədələmədi, eyni zamanda ölkələrin iqtisadiyyatına da külli miqdarda ziyan vurdu:
 
"Səhiyyə sistemi az qala fəaliyyətinin əsas hissəsini koronavirusla mübarizəyə səfərbər etdi. Hazırda əldə edilən müəyyən yumşalmalardan arxayınlaşmaq olmaz. Hər kəs ayıq-sayıqlığını itirməməli, kütləvilikdən uzaq dayanmalıdır.Belə ki, koronavirusdan törənə biləcək, mənşəyi məlum olmayan digər xəstəliklərə düçar olmamaq, eləcə də normal, adi həyata qayıtmaq üçün hamı vaksinasiya olunmalıdır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev