"Şübhəli" xallar: təhlükəli olduğunu necə müəyyən edək?
02.07.2021 15:32

Ultrabənövşəyi şüalar xalın təhlükəli olma ehtimalını artırır. Buna görə də, bədəndə çoxlu sayda xalları olan insanlar qızmar Günəş altında  xüsusilə ehtiyatlı olmalıdır. İnsanlar xallarını, xüsusilə Günəş altında uzun müddət qaldıqdan sonra mütəmadi olaraq yoxlamalı və onlara daim nəzarət etməldir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu haqda MOLE klinikasının skrininq üzrə mütəxəssisi Laura Harker "Express" nəşrinə danışıb. Onun sözlərinə görə, ilk mərhələdə melanoma (dəri xərçəngi) qeyri-adi, yeni və ya dəyişən xal kimi çıxa bilər, ona görə onun erkən aşkar edilməsi həyat xilas edə bilər. Bu səbəbdən hər hansı "şübhəli" xalla rastlaşdıqda həkimə müraciət etmək zəruridir.

 

Xalın təhlükəli olduğunu necə anlamaq olar? Laura Harker aşağıdakı göstəricilərə diqqət yetirməyi vacib hesab edir:

 

Asimmetriya. Dəri xərçənginin sələfləri asimmetrik formaya malik ola bilərlər.

 

Sərhəd. Xalın kənarları kələ-kötür olur.

 

Rəng. Xalın rəngi daha çox bir çalara malikdir və başqa xalların rəngindən fərqlənir.

 

Diametr. Yaxşı olar ki, xal 7 millimetrdən böyük (təxminən karandaşın ucu ölçüsündə) olmasın.

 

Dəyişiklik. Əgər xal inkişaf edirsə və ya ölçüsünü, formasını, rəngini dəyişdirirsə o zaman "şübhəli" xalı yoxlatmaq lazımdır.

 

Yüksəliş. Xalı əl ilə qaldırmaq mümkün olursa, o, təhlükəli ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev