Prediabet - Əlamətləri/Müalicəsi
02.07.2021 11:49

Özünün xəbəri olmadan şəkər xəstəsi olan, yəni gizli şəkərdən əziyyət çəkənlər çoxdur. Elmi dildə prediabet adlanan xəstəlik diabetdən əvvəlki dövrə deyilir və belə xəstələr gizli şəkər xəstəsi kimi qəbul edilir.

 

Ümumiyyətlə, şəkərli diabet qanda insulin hormonunun çatışmaması və ya keyfiyyətinin pozulması nəticəsində qanda şəkərin səviyyəsinin tənzimlənə bilməməsi halıdır. Məsələ burasındadır ki, şəkərli diabet başlayandan təxminən üç-dörd il sonra şikayətlər yaranır.

 

Həkim-endokrinoloq Gülay Məmmədova deyib: “Diabet xəstəliyinin gizli dövrü olur, həmin hallar insulin rezistenlik dövründən sonra meydana çıxır. Acqarına qanda olan şəkərin səviyyəsini ölçəndə insanda diabet xəstəliyinin olduğu üzə çıxar. Lakin yalnız qlükozanın miqdarını ölçmək və aclıq rəqəmləri əsasında diaqnoz qoymaq mümkün deyil. Həmin xəstələrdə şəkər yükləməsi testi aparılır və bunun nəticəsində onun diabet xəstəsi olub-olmadığı müəyyən edilir”.

 

Həkim-endokrinoloqun dediyinə görə, gecələr dəfələrlə sidik ifrazına çıxmaq, ağızda quruluq, yaraların gec sağalması, görmə qabiliyyətinin zəifləməsi, hətta böyrəklərin sıradan çıxması prediabetin əsas əlamətləri sayılır: “Ac qalanda əl-ayaq əsməsi, soyuq tər basması və qidalandıqdan sonra qanda şəkərin səviyyəsinin yüksəlməsi, özünü halsız hiss etmək bilavasitə gizli şəkər diaqnozu qoymaq üçün əsas verir”.

 

Qoz, fındıq, püstə, təbii bal xəstəlikdən əziyyət çəkənlər üçün xeyirli hesab edilir. Şəkərli diabet xəstələrinin pəhriz saxlaması əsas şərtlərdən biri sayılır.

 

Xəstəliyin təbii yollarla aradan qaldırılması yolları barədə danışan həkim-endokrinoloq deyib: “Prediabet zamanı əgər diabet formalaşıbsa və şəkərin requlyasiya mexanizmi pozulubsa, diabetə qarşı müalicə təyin edilir. Çəkisi yüksək olan xəstələrdə həyata keçirilən bariatik əməliyyat nəticəsində xəstənin həzm traktında olan dəyişikliklər sayəsində problem aradan qaldırılır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev