Diyetoloq Məlahət Kərimova: "Çərəzlərin tərkibində olan vitaminlər bir çox xəstəliyə qarşı qoruyucu rol oynayır"
02.07.2021 11:01
Çərəzlər, xüsusilə fındıq insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolenlə zəngindir. Bu da diabet riskini azaldır, sinir sistemi üçün faydalıdır və immun sistemini gücləndirir. Qoz orqanizmi bitki tərkibli omeqa-3 yağ turşusu ilə təmin edən yeganə çərəzdir.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının diyetoloqu Məlahət Kərimova bildirib ki, çərəzlərin zəngin tərkibi insan orqanizminin vitamin, minerallar və təbii yağlara olan ehtiyacını ödəyir. Eyni zamanda, çərəzlərin tərkibində olan liflər, vitaminlər, minerallar və antioksidantlar bir çox xəstəliyə qarşı qoruyucu rol oynayır. Yay mövsümündə qoz, fındıq, fısdıq, badam, iydə və innabı qurudulmamış halda qəbul etmək lazımdır.
Həkim bildirib ki, çərəzlər, xüsusilə fındıq insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolenlə zəngindir. Bu da diabet riskini azaldır, sinir sistemi üçün faydalıdır və immun sistemini gücləndirir. Qoz orqanizmi bitki tərkibli omeqa-3 yağ turşusu ilə təmin edən yeganə çərəzdir. E vitamini və alfa-linolen turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir edir, damarların kirəclənməsinin qarşısını alır, xolesterin səviyyəsini normallaşdırır, Alzheimer və diabet xəstəliklərinin yaranmasını ləngidir:
"Badamın tərkibi E vitamini, lif, maqnezium, kalsium, fosfor, dəmir və sink ilə zəngindir. Badam qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır. İydə və innab müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. İydənin kalori dəyəri aşağı olduğundan və C vitamini ilə zəngin olduğundan arıqlamada, soyuqdəymə və tənəffüs yolları infeksiyalarında faydalıdır. Çərəzlərin saxlanma şəraiti də vacibdir.
Çərəzlər bütov olmalı, üzərində kif, çat olmamalı, qoxu gəlməməlidir. Bu məqamlara riayət etməmək zəhərlənmələrə səbəb ola bilər".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

