İsti havanın böyrəklərə mənfi TƏSİRLƏRİ
02.07.2021 09:08

Uroloqların müşahidələrinə görə, yay mövsümündə böyrəklərdə daşların əmələ gəlməsi riski qat-qat artır.

 

ABŞ-li həkimlər təsdiq edirlər ki, qlobal istiləşmə ilə bağlı hava temperaturu yüksəldikcə böyək xəstəliklərindən əziyyət çəkən insanların sayı artır. Bunun səbəbi orqanizmin susuzlaşmasıdır.

 

Aztibb.az xarici KİV-lərə istinadla bildirir ki, böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq üçün həkimlər isti günlərdə qəbul etdiyimiz mayenin miqdarını xeyli artırmağı (2-3 l qədər) tövsiyə edirlər.

 

Susuzluq hissi susuzlaşmanın əlamətidir və bu o deməkdir ki, orqanizm artıq maye itkisindən əziyyət çəkir. Buna görə mayeni yalnız susuzluq hiss etdikdə yox, gün ərzində tez-tez içmək lazımdır ki, orqanizm üçün çox vacib olan su balansı pozulmasın.

 

Limon turşusu böyrəklərdə daşların əmələ gəlməməsi üçün ən yaxşı profilaktikadır. Həkimlər içkilərə (çay, su və s.) limon əlavə etməyi məsləhət görürlər.   

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev