Diyetoloq artıq çəkidən əziyyət çəkənlər üçün albalının FAYDALARINI açıqlayıb
02.07.2021 08:57

Albalı vitaminlərlə zəngin olmaqdan əlavə, sonsuzluq və ürək-damar xəstəliklərinin öhdəsindən gəlməyə kömək edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisi Olqa Kondratenko söyləyib.

 

Bu giləmeyvə tərkibində B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, yod və manqan ehtiva edir. Albalı eyni zamanda kişi və qadınların reproduktiv sistemlərini yaxşılaşdırır və hamilə qadınlara anemiyanın müalicəsi üçün tövsiyə olunur.

 

Bundan əlavə, giləmeyvə sidik turşusu səviyyəsini aşağı salmağa qadirdir ki, bu da podaqra, oynaq xəstəlikləri zamanı yardım edir.

 

Albalı meyvələrinin tərkibinə nadir bir vitamin B8 - maddələr mübadiləsini təşviq edən və arıqlamağa kömək edən inosin də daxildir.

 

“Arıqlamaq istəyən insanlar rahatlıqla albalını rasionlarına daxil edilə bilər. Yeri gəlmişkən, 100 qrama görə təxminən 52 kilokaloridir. Ancaq albalının əks göstərişlərini də unutmaq olmaz. Böyük miqdarda giləmeyvə aşağı qan təzyiqi, xoralar və qastrit olan insanlar üçün təhlükəli ola bilər. Gündə bir və ya iki stəkan albalı yemək kifayətdir" - diyetoloq bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev