Həkim-fitoterapevt KAHININ faydalarını açıqladı
01.07.2021 20:03
Kahı respublikamızın bütün regionlarında asanlıqla becərilə bilir. Bu bitki dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır. Kahının tərkibindəki zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında və səyrimələrində faydalıdır.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib.
 
O, bildirib ki, kahını gündə bir dəfə yemək gecəni rahat yatmağa kömək edir. Kahı əsəbləri sakitləşdirir, yuxunu dərinləşdirir. Hər gün yeyiləndə bağırsaqları çalışdırır, qəbizliyin qarşısını alır, babasil xəstələri üçün çox faydalıdır. Kahı yeni qan yaradır, çünki tərkibində K vitamini vardır. Bundan başqa kahıda zəngin A vitamini də vardır. Kahı dəriyə cavanlaşdırıcı bir effekt verir, gözləri işıqlandırır. Kahıdan hamiləlikdə də istifadə etmək olar. Bu bitki zəngin mineralları və vitaminləri hesabına doğulacaq uşağın sağlam olması üçün faydalıdır.
 
Tərkibi
 
Kahıda zəngin C vitamini də vardır ki, bu, bizim ən çox ehtiyacımız olan bir vitamindir. Kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəng olmaqdan qoruyur. Kahıda zəngin omeqa-3 də vardır ki, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır. Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər. Belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur. Yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.
 
Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır. Hər nemətin həddindən artıq istifadəsi zərərli olduğu üçün bu, kahıya da aiddir. Belə ki, həddindən artıq istifadə qanın laxtalanmasına və cinsi istəyin azalmasına səbəb ola bilər. Kahını müxtəlif salatlara qarışdırıb, üzərinə zeytun yağı əlavə edib yemək olar. Məsələn, pomidor, xiyar, keşniş, pendir, kahı, şüyüd və zeytun yağından hazırlanmış salat çox faydalıdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev