ATU-nun məzunu nüfuzlu beynəlxalq mükafata layiq görülüb
01.07.2021 15:22
Azərbaycan Tibb Universitetinin məzunları dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslar üzrə işləyir, həm tibbi praktika, həm də elm sahəsində nailiyyət qazanırlar. Onlardan biri – ginekoloq Elvin Piriyev bu günlərdə nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
 
Hazırda Almaniyada işləyən, 2-ci dərəcəli mini invaziv cərrah adına layiq görülən Elvin Piriyev Almaniyanın AGE (Arbeitsgemeinschaft gynäkologische Endoskopie) endoskopik cəmiyyətinin mükafatını qazanıb. Bu haqda “Kölner Wochenspiegel” qəzetində məlumat da dərc olunub.
 
E.Piriyevin sözlərinə görə, AGE cəmiyyəti ginekoloji endoskopiya sahəsində hər il 3 mükafat təsis edir. Bu il təltif olunanlar sırasında onun təqdim etdiyi elmi iş 3 ən yaxşı tədqiqatdan biri kimi mükafata layiq görülüb:
 
“Hazırda 6 elmi məqaləm beynəlxalq jurnallarda dərc olunub. Məqalələrdən biri alman dilli jurnalda çap olunub. Bir neçə ay öncə Almaniyanın ginekoloji endoskopik cəmiyyəti tərəfindən MIC-II (2ci dərəcəli mini invaziv cərrah) adına layiq görüldüm və ölkədə bu titulu qazanmış ən cavan həkim oldum”.
 
E.Piriyev 2012-ci ildə ATU-dan məzun olduqdan sonra DAAD və Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi layihənin təqaüdünü qazanaraq Almaniyaya yollanıb. 2018-ci ildə uzman doktor səviyyəsinə (facharzt) qalxıb. Sonra tibb üzrə fəlsəfə doktoru adını da qazanıb. Hazırda Witten/Herdecke Universitetində tibb doktoru titulunu qazanmaq üçün tədqiqatlara başlayıb. E.Piriyev həm də Almaniya-Azərbaycan ginekoloji cəmiyyətini təmsil edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır