Yayda günəş şüalarının zərərli təsirlərindən necə qorunmalı? - Həkim-dermatoloq
01.07.2021 12:35

Yaz-yay mövsümü qadınların dəri problemlərinin üzə çıxdığı və onların həmin problemlərə qarşı mübarizə apardıqları fəsildir. Həmin dövrdə üzü ultrabənövşəyi günəş şüalarından müdafiə etmək və dəriyə xüsusi qulluq göstərmək lazımdır.

 

Günəş şüalarının üz dərisinə faydası ilə yanaşı zərərli təsirləri də var. Ultrabənövşəyi şüalar hüceyrənin bərpası prosesini ləngidir və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.

 

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova günəş şüalarının faydalı və zərərli təsirləri haqqında məlumat verib: “Günəş şüalarının təsiri altında dəridə D vitamini sintez olunur. Bu, sümüklərin və dişlərin sağlamlığı, immunitetin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır, həmçinin erkən yaşlanmanın qarşısını alır. Digər bir müsbət təsiri qanda serotonin hormonunun artması nəticəsində xoş əhval-ruhiyyə bəxş etməsidir. Zərərli təsiri isə ondan ibarətdir ki, günəş şüaları altında dəri qalınlaşır, kobudlaşır və elastikliyini itirir, ləkələr əmələ gəlir”.

 

Həkimlər günəşdən qoruyucu kremlərin fəsildən və dəridən asılı olaraq seçilməsini məsləhət görürlər. Həkim-dermatoloqun dediyinə görə, günəş işığı altınaçıxma saatları müəyyən olunmalıdır: “Saat 11-15 arası günəş şüaları altında qalmaq olmaz. Ağ dərisi olanlar 20 dəqiqə, tünd dərisi olanlar bundan altı dəfə çox qala bilərlər, çünki onların günəşdən qoruyuculuğu yüksəkdir. Günəş altına çıxarkən qoruyucu kremlərdən istifadə olunmalıdır”.

 

Orqanizmdə vitamin çatışmazlığı olduqda dəri solğunlaşır və çox quruyur. Ona görə də qadınlar bəzən həmin halların qarşısının alınması üçün vitaminlərlə zəngin dərman preparatları qəbul edirlər. Bundan başqa vitaminli qidalardan da istifadə etmək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev