Tibb Universitetinin rektoru Ali Tibb Təhsili üzrə 5-ci Beynəlxalq Forumda iştirak edib
01.07.2021 15:30
Çin Tibb Universitetinin (ÇTU) təşkilatçılığı və rəhbərliyi ilə “Bir Kəmər, Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı”nın (The Belt and Road International Medical Education Alliance, BRIMEA) İdarə Heyətinin 5-ci illik yığıncağı keçirilib. Görüşdə BRIMEA-nın sədri, ÇTU-nun prezidenti, professor Deliang Wen çıxış edərək yığıncağın gündəliyi, təşkilatın gördüyü işlər və gələcək planları haqqında geniş məlumat verib.
 
İclasda Çin ilə yanaşı, Qazaxıstan, Pakistan və Özbəkistandan olan 10 ali təhsil müəssisəsinin BRIMEA-ya üzvlük məsələsi müzakirə olunaraq təsdiqlənib.
 
İdarə Heyətinin iclasından sonra ÇTU-nun Beynəlxalq Tibb Təhsili və Elmi-Tədqiqat İnstitutunun 40 illik yubileyinə həsr olunmuş Ali Tibb Təhsili üzrə 5-ci Beynəlxalq Forum baş tutub. 
 
Tədbirin açılış mərasimində beynəlxalq forumun əvvəlki illərdə keçirilmiş iclaslarının xülasəsini, həmçinin ATU rektoru, professor Gəray Gəraybəylinin də daxil olduğu üzv qurumların rəhbərlərinin yubiley münasibətilə səsləndirdikləri təbrik nitqlərini əks etdirən videoçarx nümayiş olunub. Sonra müxtəlif universitetlərin və beynəlxalq təhsil qurumlarının rəhbərləri təbrik nitqləri ilə çıxış ediblər.
 
Üç sessiya ilə davam edən forumun işində Çin, ABŞ, Türkiyə, Pakistan, CAR, Qazaxıstan, Filippin, Rumıniya və Qırğızıstandan olan mütəxəssislərin tibb təhsilinin müxtəlif problemlərinə aid məruzələri dinlənilib.
 
Onlayn formatda keçirilən görüşdə Azərbaycan Tibb Universitetini (ATU) beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov təmsil edib. O, həm də forumun 3-cü sessiyasının həmsədri olub.
 
Qeyd edək ki, forumda ATU-nun tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova da iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır