ATU-da həkim köməkçisi ixtisası açılır
01.07.2021 12:09

Son illər Azərbaycan Tibb Universitetində (ATU) yeni ixtisaslar üzrə mütəxəssis hazırlanmasına başlanılıb.

 

Bununla bağlı universitetin İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev məlumat verib. 

 

O, İctimai səhiyyə fakültəsinin I kursunda Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə 38, Tibb bacısı ixtisası üzrə isə 34 tələbənin təhsil aldığını bildirib. Hər iki ixtisasın tədris proqramlarının Avropa tədris proqramlarına uyğun şəkildə hazırlandığını, universitetimizlə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında memorandum imzalandığını söyləyən fakültə dekanı qeyd edib ki, tələbələrimiz bu sənədlər əsasında Qazi və Hacettepe universitetlərinin tədris proqramlarına qatılmaq imkanı qazanıblar. Belə ki, tələbələrimiz Türkiyədə eyni ixtisas üzrə oxuyan tələbələrin dərslərinə onlayn şəkildə qoşularaq öz bilik və bacarıqlarını artırırlar.

 

Tibb bacısı ixtisası üzrə kadrların əvvəllər kolleclərdə, texnikumlarda hazırlandığını xatırladan professor A.Ağayev, artıq Avropada mövcud olan təcrübəni ölkəmizdə tətbiq etməyə başladıqlarını vurğulayıb. Bildirib ki, bu ixtisasa yiyələnən tələbələrin magistratura proqramlarında iştirak etmək hüququ da yaranacaq. Halbuki, nə bizdə, nə də Avropada texnikum, kollec tələbələrinin belə bir hüququ var. Bu nöqteyi-nəzərdən, bakalavr səviyyəsində ali təhsil alan tibb bacılarının timsalında həkimlərə lazımi səviyyədə dəstək göstərə bilən köməkçi mütəxəssislər yetişəcək.

 

A.Ağayev Tibb bacısı ixtisasına birinci qəbul üçün 30-40 nəfərlik yer ayrıldığını, hazırda bu ixtisas üzrə 34 tələbənin təhsil almasının ilk mərhələdə yüksək göstərici olduğunu deyib: "Əfsuslar olsun ki, birinci qəbulumuz pandemiya dövrünə təsadüf etdi. Azərbaycan səhiyyəsi üçün yeni olan hər iki ixtisas cəmiyyətə kifayət qədər çatdırılmadı. Ancaq buna baxmayaraq, tələbələrimiz yeni ixtisasları həvəslə seçdilər və öz təhsillərini uğurla davam etdirirlər".

 

A.Ağayev yeni ixtisaslar üzrə təhsil alan tələbələrə Avropa ölkələrində bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin dərs keçdiyini diqqətə çatdırıb. O, Türkiyədən dəvət olunmuş Dərya xanımın Tibb bacısı, Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya şöbəsinin əməkdaşı Turqay bəyin isə Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə mütəxəssis olduğunu söyləyib.

 

Fakültə dekanının sözlərinə görə, 4 illik Tibb bacısı ixtisasını bitirən şəxslər sonradan bu ixtisas üzrə tədris aparmaq səlahiyyətinə də sahib olacaqlar: “Həmin şəxslər bizim universitetin işçiləri sayılsalar da, mövcud kafedralarımızda fəaliyyət göstərən müəllimlər deyillər. Amma digər fənlərin proqramları Avropa qaydalarına uyğun olaraq kafedralara verilir və universitetimizin müəllimləri tərəfindən tədris edilir”.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən ATU-da bakalavriat səviyyəsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya”, “Tibb bacısı işi”, magistratura səviyyəsi üzrə isə “Klinik (tibbi) psixologiya” və “Səhiyyə sahəsi üzrə menecment” ixtisaslarına qəbul aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır