Eksimer lazer əməliyyatı ilə eynəklər və kontakt linzalardan qurtulmaq mümkündür
30.06.2021 21:28

Hazırda eksimer lazer göz əməliyyatı dünyada çox tələb olunan və ən etibarlı əməliyyatlardan biridir. Optik eynəklərdən və linzalardan qurtulmaq istəyənlərin əksəriyyəti eksimer lazer əməliyyatına üz tutur.

 

Aztibb.az xəbər verir ki, həkim-oftalmoloq Zöhrə Məsiyeva eksimer lazer göz əməliyyatı barədə məlumat verib.

 

Z.Məsiyeva qeyd edib ki, eksimer lazer, yəni eynəkdən qurtulma əməliyyatı gözlərindəki zəiflikdən şikayət edən 18-40 yaş aralığında olan xəstələr üzərində aparıla bilər: “Eynəklərdən və ya günlük kontakt linzalardan istifadə etmək istəməyən xəstələrə məhz bu lazer əməliyyatı məsləhət görülür. Çünki əməliyyat nəticəsində, xəstə nə eynək taxır, nə də linzalardan istifadə etmək məcburiyyətində qalır. Eksimer lazer əməliyyatı daha rahat həyat sürmək istəyənlər üçün əla seçimdir”.

 

Həkim-oftalmoloq bildirib ki, pasiyentlərin əməliyyata alınmazdan əvvəl bir sıra müayinələrdən keçməsi vacibdir: “18-19 yaşını tamamlamış gənclərin, ümumiyyətlə 40 yaşına qədər hər kəsin son 3 ay ərzində görmə dərəcəsində dəyişiklik yoxdursa, buynuz qışanın qalınlığı da əməliyyat üçün uyğundursa, eksimer lazer əməliyyatını icra etmək olar. Beləliklə, xəstənin buynuz qişası (korneası) əməliyyat üçün uyğun olmadıqda, eksimer lazer əməliyyatı, təəssüf ki, icra oluna bilməz. Uyğunluğu müəyyən etmək üçün əməliyyat qabağı hazırlıq zamanı buynuz qişanın tomoqrafiyası həyata keçirilir”.

 

Həkim, həmçinin eksimer lazer əməliyyatı üçün əks göstəriş olan xəstəliklər barədə məlumat verib. O, qeyd edib ki, hamilə qadınlar, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkənlər, o cümlədən QİÇS daşıyıcıları üzərində eksimer lazer əməliyyatı aparıla bilməz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev