Ağsuda 16 nəfər əlil reabilitasiya vasitələri ilə təmin edilib
22.08.2020 21:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşları tibb üzrə fəlsəfə doktoru, həkim ortoped protezçi Samirə Şıxəliyevanın rəhbərliyi ilə avqustun 22-də Ağsuya gəlib və mərkəzi xəstəxanada 16 nəfər əlili reabilitasiya vasitələri ilə təmin ediblər.

 

Səyyar xidmət çərçivəsində rayonda əlilliyi olan şəxslərin müraciətləri əsasında onların müayinələri aparılıb, müvafiq ölçülər götürülüb.

 

Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilmələrindən razılıqlarını bildiriblər. Onlar həssas əhali qrupuna göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

 

Qeyd edək ki, Protez-Ortopedik Bərpa Mərkəzi koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində səyyar xidmətlərini davam etdirir. 8 bölgə - Salyan, Neftçala, Kürdəmir, Ucar, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonları üzrə, ümumilikdə 178 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 868 reabilitasiya vasitəsi verilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır