COVID-19-la mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib
30.06.2021 16:00

Səhiyyə Nazirliyində COVID-19-la mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən ölkədə yayılmış COVID-19 virusunun qarşısını almaq üçün əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq 30 iyun 2020-ci il tarixində COVID-19-la mübarizə İşçi Qrupu yaradılıb.

 

İşçi qrupunun yaradılmasından bir il ötür.

 

Hesabat iclasında COVID-19-la mübarizə çərçivəsində xidmət göstərən COVID- məntəqələrinin, çağrı mərkəzlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın hesabatları təqdim olunub.

 

Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova il ərzində görülmüş işlərin hesabatından bəhs edib. Diqqətə çatdırılıb ki, il ərzində 149 min 399 xəstə evdə nəzarətə götürülüb. Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır