Mərkəzi Klinika ilə Bakı Oxford Məktəbinin birgə layihəsi başa çatıb - FOTO
30.06.2021 11:43
Mərkəzi Klinika ilə Bakı Oxford Məktəbi arasında icra olunan layihəyə yekun vurulub.
 
Aztibb.az xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov və Bakı Oxford Axşam Məktəbinin icraçı direktoru Günay Hacıyeva iştirak ediblər.
 
Tədbirdə Həsən Qəndilov Mərkəzi Klinikada bugünədək yüzlərlə şəxsə kurs və seminarların keçirildiyini, onların yüksəkixtisaslı kadr kimi yetişdirilməsinə dəstək verildiyini bildirib. 
 
"Sevindirici haldır ki, artıq layihənin icrası yüksək səviyyədə yekunlaşdırılıb. Layihədə iştirak edən məktəblilər Mərkəzi Klinika nümunəsində səhiyyə sistemimiz və həyata keçirilən tibbi xidmətlərlə yaxından tanış olublar. Bu isə həmin məktəblilərin gələcəkdə peşə təhsili istiqamətini daha məlumatlı və məqsədyönlü şəkildə seçmələrində, eləcə də gələcək karyeralarının düzgün planlaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək", - deyə baş direktor H.Qəndilov vurğulayıb. 
 
Tədbirdə Bakı Oxford Axşam Məktəbinin icraçı direktoru Günay Hacıyeva təşkilatçılığa görə Mərkəzi Klinika rəhbərliyinə təşəkkürünü bildirib.
 
Məktəblilər bu tanışlığın onların gələcək fəaliyyətində həlledici rol oynadığını qeyd ediblər.
 
Sonda təcrübə iştirakçıları sertifikatlarla təltif olunub. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır