Koronavirusa yoluxmalar yenidən artarsa... - Özümüzü necə qorumalı?
30.06.2021 09:32
Hazırda koronavirusla bağlı vəziyyət sabitdir – yoluxma sayları gündən-günə azalır, sağalanların sayı artır. Karantin rejimi yumşaldılıb, açıq havada maskadan istifadə etməmək olar, kafe və restoranlar, dini obyektlərdə ibadət yerləri açılıb, yaxın günlərdə çoxdan gözlədiyimiz xəbər də reallaşacaq - toylara icazə veriləcək. Bu çox sevindirici haldır. Azərbaycan tədricən pandemiyadan əvvəlki dövrə qayıdır.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva “Həkim məsləhəti” rubrikasında “Koronavirusa yoluxmalar yenidən artarsa, özümüzü necə qoruyaq?” sualını cavablandırarkən belə deyib.
 
Həkim bildirib ki, dünyanın müxtəlif ölkələrindən vəziyyətlə bağlı yayılan məlumatlar göstərir ki, bəzi ölkələrdə COVID-19-un yeni ştammları milyonlarla insanlar üçün ciddi təhlükə yaradıb. Bu ölkələrdə yoluxanların sayı kəskin artmağa başlayıb. İyun ayının əvvəllərindən Rusiyada COVID-19-a yoluxmalarda yüksəliş qeyd olunub. Hindistanda isə karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, insanlar maskadan imtina edir, ara məsafə saxlamırlar. Hazırda Hindistanda yayılan “Delta” variantı daha yoluxucudur və sürəti də yüksəkdir.
 
Koronavirusun Hindistan ştammı artıq 93 ölkədə aşkar edilib. Ən çox yoluxmalar Britaniyada, Rusiyada, Yunanıstanda, ABŞ-da qeydə alınıb. Alimlərin fikrincə, koronavirusun dördüncü dalğası bu dəfə vaksinasiya olmamış insanları hədəfləyəcək. Bir həkim kimi ölkəmizdə koronavirusa yoluxmalar artarsa, çıxış yolunu peyvəndlənməni ardıcıl davam etdirməkdə və gigiyena qaydalarına ciddi əməl etməkdə görürəm.
 
Yoluxmaların sayı artdığı halda ilk növbədə, vaksinasiyanı davam etməyi, gigiyena qaydalarına riayət etməyi yaddan çıxarmayın: maska, əlcək, spirtdən istifadə edin. İctimai yerlərdə ara məsafə gözləyin. Əgər hələ də peyvənd olunmamısınızsa, bunu təxirə salmayın. Bununla həm özünüzü, həm ətrafınızdakı insanları qorumuş olarsınız.
 
Biz COVID-19-la mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunlaşdırmalıyıq. Çox yaxşıdır ki, ölkəmizdə vaksinasiya olunan insanların sayı 2 milyonu keçib və bu rəqəm hər gün artmaqda davam edir. Lakin arxayınlaşmaq olmaz. Öz sağlamlığımıza və ətrafdakıların sağlamlığına diqqətli olmalıyıq. Hələlik vaksinasiya olunmaq və gigiyenik qaydalara əməl etməklə koronavirus riskini xeyli azaltmağın yeganə yoludur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev