Uşaqlarda piylənmə endokrin sistemi xəstəliklər riskini artırır 
30.06.2021 09:33

Uşaqlarda piylənmə kalorili qidalarla və ayaqüstü qidalanmadan, az hərəkətlilikdən, şirin qazlı içkilərdən hədsiz istifadə zamanı baş verə bilər.

 

Aztibb.az xəbər verir ki, piylənmə uşaq və yeniyetmələrdə ciddi xəstəliklərdən hesab edilir. Mütəxəssislər uşaqlarda piylənməni təhlükəli hesab edirlər. Onların fikrincə, yeniyetmə yaşına qədər piylənmə uşaqların normal inkişafı üçün təhlükəli sayılır. O, uşaqların inkişafını ləngidir.

 

Mütəxəssislər piylənmə ilə böyüyən uşaqlarda müxtəlif xəstəliklərin, o cümlədən endokrin sistemi xəstəliklərinin əmələ gəlmə riskinin böyük olduğunu söyləyirlər. Belə ki, piylənməsi olan uşaqlarda şəkərli diabet, arterial təzyiq, qanda xolesterolun miqdarının artması müşahidə olunur.

 

Piylənmə uşaqların psixologiyasına da mənfi təsir edir. Piylənmədən əziyyət çəkən uşaqlar özünə qapalı olurlar və tez depressiyaya düşürlər.

 

Uşaqlarda piylənmə ilə mübarizə aparmaq üçün bütün ailə üzvlərinin onunla birgə əmək sərf etməsi lazımdır. Mütəxəssislər belə uşaqları olan ailəyə hamılıqla birgə sağlam həyat tərzi yaşamağa başlamağı məsləhət görürlər. Onlar bütün ailənin bir süfrədə və piylənməyə səbəb olmayan qidalarla qidalanmağı tövsiyə edirlər. Mütəxəsisslər bütün ailə üzvlərinin birlikdə piyada gəzintiyə getməyini, birlikdə fiziki əməklə məşğul olmağının uşağa çox faydalı olacağını söyləyirlər. Ailə üzvlərinin uşaqla birlikdə etdikləri, uşaq üçün bir stimul olacaq və o, hətta arıqlamağa könüllü olaraq razılıq verəcək.

 

Artıq çəkidən əziyyət çəkən uşağı olan hər bir valideyin öz övladının gələcək sağlamlığı üçün onun çəkisinin normaya düşməsi üçün əlindən gələni etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev