Fibromialgiyaya daha çox oturaq həyat tərzi keçirənlərdə rast gəlinir
29.06.2021 15:59

Yay aylarında tez-tez başağrısı, yuxusuzluq və yorğunluq kimi şikayətlər yaranır. Mütəxəssislər deyirlər ki, bunun səbəbi xalq arasında “qulunc” adlandırılan fibromialgiyadır. Fibromialgiyaya daha çox oturaq həyat tərzi keçirənlərdə rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova bu barədə məlumat verib. “Oturaq həyat tərzi keçirən və kondisioner altında işləyənlərin çoxu gün işığından uzaq olurlar. Nəticədə onlarda D vitamini çatışmazlığı əmələ gəlir və xroniki yorğunluğu olanlarda fibromialgiyalara meyillik artır”, - deyə həkim bildirib.

 

D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə, düzgün qidalanma rejiminə əməl etmək məsləhət görülür: “D vitamini ilə zəngin qida məhsulları balıq və balıq məhsulları, qırmızı və qara kürü, yumurtanın sarısı, göbələk, toyuq ciyəri, portağal, cəfəri, süd və süd məhsullarıdır. Süd əlavə edilmiş kartof püresi orqanizmin D vitamininə olan gündəlik tələbatını ödəyir. Ağartı məhsullarının tərkibində də D vitamini var”, - deyə həkim-terapevt bildirib.

 

İldə iki dəfə orqanizmdə D vitamininin səviyyəsini yoxlamaq tövsiyə olunur. Həddindən artıq vitamin qəbulu da həyati təhlükə yarada bilər. Ona görə də profilaktik tədbirləri mütəxəssis məsləhəti əsasında həyata keçirmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev