ABŞ-da koronavirusa yoluxmanı əks etdirən maska hazırlanıb  
29.06.2021 13:00

ABŞ-dan olan mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verən qoruyucu maska hazırlayıblar.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında dərc edilmiş məqalədə məlumat verilir.

 

İnstitutun mütəxəssisləri Harvard Universitetindən olan həmkarları ilə birgə taxılıb-çıxarılan kiçik cihaza malik maska prototipi yaradıblar.

 

Maskanı taxandan təxminən saat yarım sonra cihaz nəticəni təqdim edir. Məxfiliyi qorumaq məqsədilə cihaz elə qurmaq olur ki, onun məlumatları ətrafdakılara görünməsin.

 

Məqalədə qeyd edilir ki, bu tip cihazlardan hələ Ebola və Zika viruslarına yoluxmanı aşkarlamaq üçün də istifadə edilib.

 

Xatırladaq ki, epidemiyanın baş qaldırmasından sonra ABŞ-da 33,6 milyon insan koronavirusa yoluxub, onlardan 604 min nəfəri vəfat edib. Hər iki göstərici baxımından ölkə dünya üzrə birinci pilləni tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır