“Ailələrə dəstək üzrə ev ziyarətçilərinin hazırlanması”na dair növbəti təlim keçirilib
28.06.2021 11:18

Son illər kiçik yaşlı uşaqların sağlamlığının və inkişafının təmin olunması məqsədilə hamilə qadınların, yenidoğulmuşların və kiçik yaşlı uşaqların ailələrinə ev ziyarətləri üzrə xidmətlər təqdim edilir. Lakin bir çox hallarda göstərilən xidmətlərin məzmunu erkən dövrlərdə uşağın inkişafı üçün vacib olan qlobal məlumatlarla dəstəklənmir. UNICEF-in keçirdiyi qiymətləndirmələr göstərib ki, hamilə qadın və kiçik yaşlı uşaqların ailələrinə yönəlmiş ev ziyarətləri fiziki sağlamlığa tam dəstək vermir. Ev mühitində uşağın sağlamlığına, rifahına və nailiyyətlərinə təsir edən vacib məsələlər, yəni valideynlər və uşaqlar arasında münasibətlər, uşaqların həssas və qayğıkeş tərbiyəsi, stimullaşdırıcı və təhlükəsiz ev mühiti, uşağa qarşı qəddar münasibət və ya laqeydliyin qarşısının alınması, eləcə də risk və ya zəifliyin erkən aşkarlanması hələ də layiqincə həllini tapmır. Tibb işçilərinin bütün ailələri əhatə etdiyi nəzərə alınsa, onda ev ziyarəti xidmətlərinin kiçik yaşlı uşaqların həyatlarına uğurlu başlamaq üçün valideynlərə dəstək üçün vacib rol oynadığı məlum olar.

 

Aztibb.az xəbər verir ki, artıq bəzi rayonlarda Səhiyyə Nazirliyi və UNICEF-in dəstəyi ilə ölkə üzrə “Bəsləyici qayğı üzrə ailələrə dəstək” mövzusunda patronaj tibb bacılarının hazırlanmasına dair təlimlərə başlanılıb.

 

Bu məqsədlə 2 saylı Baza Tibb Kollecində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərləri, Şəki, Quba və Saatlı rayonlarının tibb kolleclərinin müəllim heyəti üçün “Ailələrə dəstək üzrə ev ziyarətçilərinin hazırlanması”na dair növbəti təlim keçirilib. Təlim paketinin modulları üzrə geniş təqdimatlar və praktiki məşğələlər iştirakçılara təqdim edilib. Təlimləri Əziz Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutun pediatriya kafedrasının əməkdaşları dosentlər Mətanət Qaraxanova, Sənubər Vəliyeva və Nigar Hacıyeva aparıblar.

 

Gələcəkdə də tibb bacıları üçün uşaqların inkişafı və sağlamlığına dair təkmilləşdirilmə kurslarında həmin modulların mütəmadi tədris edilməsi ailələrə dəstək olmaq baxımından yararlı olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev