Bədəni toksinlərdən təmizləyən - Bioloji detoks 
27.06.2021 23:12

Mükəmməl çalışan immun sistemi bir çox xarici və daxili aqressorlara qarşı sipər olub, insanı ömrü boyu xəstəliklərdən qorumalıdır. Təəssüf ki, zamanla bu sistem müəyyən səbəblərdən öz funksiyasını yetərincə icra etmir. Bu müdafiəni "zəiflətməmək" üçün nə edə bilərik?

 

Aztibb.az xəbər verir ki, immun sisteminin qüvvəsini özünə çəkən, onun "fikrini" qlobal təhlükədən yayındıran mühüm amillərdən biri də orqanizmin daxili və xarici toksik maddələrlə çirklənməsidir.

 

Bu toksinlərin əsas mənbəyi:

 

1. Xroniki uzunsürən stres

 

Psixoloji həmlə, panik durum, yanlış yuxu rejimi və ya yuxusuzluq nəticəsində stres hormonu adlanan kortizolun istehsalı artır. Stresə qarşı kortizol sintezi normal reaksiyadır. Lakin stres uzandıqda, xronikiləşdikdə bu hormon "ya döyüş, ya qaç" prinsipi ilə fiziki realizasiyasını tapmayaraq orqanizmə dağıdıcı təsir göstərir. Emosiyalara cavabdeh limbik sistem hüceyrələri iltihablaşıb zədələnir, qorxu, vahimə hissi dərinləşib immuniteti çökdürür.

 

2. Yanlış qidalanma və həyat tərzi

 

- paketlənmiş, ayaqüstü qidaların tərkibindəki kimyəvi maddələr

-diqqət edilməyən müntəzəm vərdişlər (çay-şirniyyat, kofe-kruasan)
-hətta ən faydalı qidanın uyğunsuz zamanda yeyilməsi (axşamlar insulini yüksəldən meyvə və ağartı saatları, şam yeməyində sıyıq)
-yeməklərin çox bişirilib qızardılması
-rasionda karbohidratlı qidaların çox olması

- zərərli vərdişlər (siqaret, şərab, gecə oyaq qalıb gündüz yatmaq, gecə yemək)

-həzmin pozulması nəticəsində (mədə turşuluğunun azalması, ferment çatışmazlığı, çox yemək, gec yemək, tez-tez yemək, pis çeynəmək -tikələri bütöv udmaq, əsəbi və yorğun halda yemək, acmadan yemək, qarışıq yemək) əmələ gələn zərərli maddələr

-hüceyrəyə can verən saf su tələbatını başqa mayelərlə (çay, kofe, ayran, kompot, şirə) ödəmək.

 

Bütün qüvvələri törədici ilə mübarizəyə səfərbər etmək üçün immun fəaliyyətə mane olan bu amilləri aradan qaldırmaq və orqanizmi toksinlərdən təmizləmək vacibdir. Ən qədim və təsirli təbii üsullardan biri fastinq, yəni su orucudur ki, həftədə bir dəfə tam gün ərzində icra olunduqda orqanizmin xeyli təmizlənməsinə və bərpasına təkan verir. Fastinqin müasir variantı olan 18/6 rejimi 24 saatın yalnız 6 saatı zamanı qida qəbulunu ehtiva edir (məsələn, 10:00 - 16:00 arası); qalan 18 saat ərzində orqanizm dincəlir və zədələnmiş sistemlərini, o cümlədən, immun sistemini regenerasiya edir.

 

Detoks prosesini sürətləndirmək, limfa drenajını və çıxarıcı orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün Lymphomyosot, Nux vomica HA - təbii tərkibli biotənzimləyici preparatlar (hərəsindən 15 damcı gündə 2 dəfə yeməkdən əvvəl) və Berberis HA (1 ampul həftədə 2 dəfə) uğurlu seçimdir.

 

Təbii tərkibli izopatik Mucedokehl preparatı (10 damcı x 2 dəfə) ilə limbik sistemə təsir edib, stress, gərginlik, panik ataklarda orqanizmi stresin dağıdıcı təsirindən qorumuş olarıq.

 

Bioloji detoksun köməyilə orqanizmi müntəzəm olaraq toksinlərdən təmizləmək və əsrin bəlası olan degenerativ xəstəliklərdən qorumaq olar.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub