Hindistan ştammından necə qorunmaq olar? 
27.06.2021 23:03

COVID-19-un bir neçə mutasiya olunmuş versiyası var. Bunlardan da biri Hindistan ştammıdır. Bu ştamm qısa müddətdə xeyli tələfata səbəb olub. Onun əsas xüsusiyyətlərindən biri tez yayılmasıdır.

 

Aztibb.az xəbər verir ki, bunu infeksionist Vüqar Cavadzadə deyib.

 

Həkim qeyd edib ki, bu virusun geniş yayılması ölüm hallarının artmasına təsir göstərir:

 

"Hindistan ştammının bir sıra ölkələrdə uşaqlar arasında yayılması haqqında məlumatlar var. Türkiyədə də Hindistan ştammının yayılma faktı qeydə alınıb. Bizim ölkəmizə də gəlmə ehtimalı var. Çünki qonşu dövlətlərlə hava nəqliyyatı bərpa olunub. Yay fəslinin gəlməsilə insanlar istirahət üçün bu ölkələrə gedirlər".

 

İnfeksionist vurğulayıb ki, Hindistan ştammından qorunmaq üçün xüsusi profilaktik tədbir yoxdur:

 

"Maskadan istifadə olunmalı, təmizlik və ara məsafəsinə diqqət etmək lazımdır. Hindistan ştammı genetik cəhətdən COVID-19 virusuna bənzəyir. Bu virusun tərkibi müxtəlif zülallardan ibarətdir ki, onların birinin quruluşunun dəyişməsi mutasiyaya gətirib çıxarır. Ona görə də dünyada istifadə olunan peyvəndlər Hindistan ştammına da müəyyən qədər təsir edir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev