İranda “Koronavirusa qalib gələk” beynəlxalq karikatura müsabiqəsi keçirilib
22.08.2020 11:29

İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə “Koronavirusa qalib gələk” mövzusunda keçirilən beynəlxalq karikatura müsabiqəsinə 88 ölkədən 4 min 200 əsər daxil olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə tədbirin təşkilat komitəsinin üzvü Məsud Təbatəbayi məlumat verib. Onun sözlərinə görə, 2 ay əvvəl müsabiqənin saytı yaradılıb və elan verilib. Bundan sonra sayta əsərlər daxil olmağa başlayıb. Münsiflər heyəti əsərlər arasında seçim edib.

 

Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri və bu epidemiyaya qarşı aparılan mübarizəni ehtiva edən əsərlər ərsəyə gətirmək, insanlarda ruh yüksəkliyi yaratmaqdan ibarət idi. Sayta Türkiyə, İndoneziya, Çin, Serbiya, Pakistan, Braziliya, Hindistan, Rusiya və digər ölkələrdən karikatura əsərləri daxil olub.

 

Müsabiqəni internet üzərindən 1 milyon 340 min adam izləyib və rəylərini bildiriblər. Həmin rəylər əsasında qaliblər müəyyənləçdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır