26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür
26.06.2021 14:46

Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailələri dağıdır.

 

Aztibb.az xəbər verir ki, ictimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan edib.

 

Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilib. Ölkəmizdə narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

 

Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyinin 2020-ci il dekabrın 31-nə olan məlumatına əsasən, respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33 min 788 nəfər təşkil edib.

 

Ölkəmizdə bu sosial bəla ilə uğurlu mübarizə məqsədilə hazırda Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Dövlət Proqramının həyata keçirilməsi üzrə ölkəmizdə mühüm işlər görülür.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü iş aparır. Bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilir, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilir.

 

Dövlət Proqramının 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunda fəaliyyət göstərən 802 - qaynar xətt əlaqə mərkəzinə bu ilin birinci rübündə 32 müraciət daxil olub. Həmin müraciətlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Eyni zamanda, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının “Onlayn müraciət” bölməsinə yeddi müraciət daxil olub.

 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə İdarəsi arasında imzalanan birgə Tədbirlər planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməkdədir. Eyni zamanda, aidiyyəti qeyri-hökumət təşkilatlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması üçün Narkomaniyaya Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Dövlət Proqramının 4.4.38-ci bəndinin icrası ilə əlaqədar bu il yanvarın 9-dan etibarən 802 - qaynar xətt telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklər paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayiş olunur və televiziya kanallarında yayımlanır.

 

Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə “Bakı Metropoliteni” QSC-nin birgə əməkdaşlığı çərçivəsində metro stansiyalarında 20 sosial lövhə quraşdırılıb və bir il ərzində nümayişi nəzərdə tutulub.

 

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun göstərişinə əsasən, bir sıra tədbirlər keçirilir. Tədbirlər çərçivəsində müvafiq mətnli SMS-bildirişlər mobil rabitə operatorları vasitəsilə abunəçilərə göndərilir, ali və orta ixtisas təhsili müəssisələrində vebinarlar təşkil edilir, “Narkomanlığa birlikdə yox deyək!” şüarı elektron informasiya terminallarında və avtobuslardakı monitorlarda nümayiş etdirilir. Bundan başqa, şəhər və rayon komissiyaları tərəfindən keçirilən Videokonfranslarda əhali arasında geniş maarifləndirmə işi aparılır.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova