Mədə polipi nədir? - ƏLAMƏTLƏRİ/MÜALİCƏSİ
26.06.2021 13:21
Mədə polipi – bu orqanın selikli qişasında əmələ gələn xoşxassəli şişəbənzər törəmədir. Onun inkişafı çox zaman gizli gedir. Polip iri ölçülərə çatdıqda isə mədə qanaxması və qarında ağrı ilə müşayiət olunur.
 
Belə hallarda qidanın mədədən bağırsağa keçməsi çətinləşir, həmçinin polipin maliqnizasiyası da mümkündür. Diaqnostikanın əsasını fibroqastroskopiya, endoskopik biopsiya, mədənin rentgenoskopiyası təşkil edir. Polipli xəstələrdə gözləmə taktikası (dinamik müşahidə və nəzarət) və yaxud aktiv cərrahi üsul (endoskopiya və ya laparoskopiya üsulu ilə polipin götürülməsi) tətbiq edilir.
 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, mədə polipinin yaranma amilləri müxtəlifdir: helikobakter infeksiyası (poliplər çox vaxt qastrit fonunda inkişaf edir), 40-dan yuxarı yaş dövrü, irsi meyllik (adenomatoz polip üçün xarakterikdir).

 

Mədə polipləri morfoloji əlamətlərinə görə adenomatoz və hiperplastik olur.  

 

Hiperplastik poliplər 16 dəfə çox qeydə alınır. Onlar mədənin epitel hüceyrələrinin çoxalması nəticəsində formalaşır, həqiqi şiş sayılmır. Morfoloji quruluşunun xüsusiyyətləri sayəsində hiperplastik poliplər demək olar ki, heç vaxt bədxassəliyə çevrilmir.

 

Adenomatoz poliplər vəzili toxumadan başlanğıc götürür. Onlar mədənin xoşxassəli şişləri sayılır. Adenomatoz polipin mədə xərçənginə çevrilmə ehtimalı yüksəkdir. Bu hal xüsusən 2 sm-dən böyük törəmələrə aiddir.  

 

Mədə polipinin əlamətləri

 

Kiçik ölçülü və cavan poliplər gizli inkişaf edir. Polip qastrit fonunda yarandıqda sadəcə bu xəstəliyin əlamətləri müşahidə edilir.  

 

İri törəmələr mədə qanaxması ilə ağırlaşa bilər. Bu zaman nəcisdə və yaxud qusuntu kütlələrində qan izlənilir. Həmçinin mədə keçiriciliyi çətinləşir. Ayaqcıqlı poliplər onikibarmaq bağırsağa sallanaraq boğula bilər. Belə vəziyyətlərdə döş sümüyü arxasında tutmaşəkilli, kəskin ağrı meydana çıxır. Ağrı qarnın bütün hissələrinə yayılır.  

 

Mədə polipinin müalicəsi

 

Müalicəvi tədbir polipin ölçüsünə, sayına və morfoloji xüsusiyyətinə əsasən seçilir. Hər bir halda polipin götürülməsi optimal müalicə üsulu sayılır. Kiçik poliplər endoskopiya ilə xaric olunur. İri ölçülü polip və geniş əsası olan törəmələr daha ciddi cərrahi müdaxilə tələb edir.  

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev